Cümə axşamı , May 9 2024
Ana səhifə / İdman / “Qarabağ” serbiyalı futbolçunu heyətinə qatır – Foto

“Qarabağ” serbiyalı futbolçunu heyətinə qatır – Foto

“Qarabağ” Uros Matiçin transfer məsələsində sona gəlib.

Serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə bütün müqavilə şərtlərini razılaşdırıb.

Transfer hüququ “Kopenhagen”ə məxsus olan, icarə əsasında 2 mövsümü «Austriya» və APOEL-də keçirən 31 yaşlı legioner yaxın günlərdə Bakıya gəlməlidir.

Danimarka klubu 2017-ci ildə sıralarına qatdığı balkanlı futbolçuya sərbəst agent statusu verməyə razılaşıb. Matiç “Qarabağ”ı seçdiyindən, APOEL-in onu yenidən 1 illik icarəyə götürmək təklifini geri çevirib.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …