Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Ərdoğana müraciət edən azərbaycanlı “Dünya çempionu” kimdir? (FOTO)

Ərdoğana müraciət edən azərbaycanlı “Dünya çempionu” kimdir? (FOTO)

Azərbaycanlı Ruzi Vəliyev və atası Zahid Vəliyev özlərini Uşu idman növündə dünya çempionu və peşəkar mütəxəssis kimi təqdim edir.

Hətta iki il öncə  onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkə millisində çıxış etmək üçün mətbuat vasitəsi ilə müraciət etmişdilər.

Z.Vəliyev Türkiyə mətbuatına verdiyi müsahibədə oğlu Ruzi Vəliyevi Uşu idman növündə  dəfələrlə beynəlxalq turnirlərim qalibi, eləcə də ikiqat dünya çempionu kimi təqdim etmişdi. R.Vəliyev də atasının məşqçiliyi altında Türkiyə üçün yeni qələbələr qazanmağı hədəfə aldıqlarını bildirib.

Maraqlıdır,  Azərbaycanda tanınmayan dünya çempionu kimdir?

Azərbaycan Uşu Federasiyasına bu idman növündəki dünya çempionları ilə bağlı məlumat üçün müraciət etdik.

Federasiyanın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə,  Uşu idmanında Azərbaycanın 3 dünya çempionu var:
“Sorğunuza cavab olaraq bildiririk ki, bu günə kimi Uşu üzrə Azərbaycanın Dünya çempionları aşağıdakı idmançılardır: Canpolad Budaqov (sanda) , Azər Həsənsoy (ənənəvi uşu), Tomris Həsənova (ənənəvi uşu)”.

Qeyd edək ki, Azərbaycanda Uşu idman növü 1989-cu ildə bölmə olaraq yaradılıb.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən 1 ay sonra federasiya kimi qeydiyyatdan keçib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …