Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Neftçi TV” yayıma başlayır

“Neftçi TV” yayıma başlayır

Neftçi” klubunun televiziyası bu gün yayıma başlayır.

Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək.

Hər gün saat 12:00-dan 16:00-dək “Youtube” vasitəsilə yayım olacaq.
Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …