Ana səhifə / Dünya (səhifə 196)

Dünya

Müğənni səhnədən tamaşaçıların arasına tullanıb, dalaşdı (VİDEO)

İngiltərədə NME mükafatlandırma mərasimində tanınmış repçi Slovzay dava salıb.Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, “İlin qəhrəmanı” mükafatını almaq üçün səhnəyə dəvət olunan sənətçi çıxışı zamanı tamaşaçılar arasında səs-küy olduğu üçün özündən çıxıb. Repçi ona qışqıran tamaşaçılardan birinə stəkan atıb, daha sonra isə səhnədən tamaşaçıların arasında tullanaraq dalaşmaq istəyib. Lakin mühafizəçilər …

Ətraflı oxu »

Nazarbayevin nəvəsindən şok addım: Britaniyadan siyasi sığınacaq istəydi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi – Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib. “İnterfaks” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Aysultan sığınacaq istəməsini ailəsinin ona təzyiq göstərməsi ilə izah edib. Qazaxıstanın ilk prezidentinin nəvəsi həmçinin Rusiya və Qazaxıstan hökuməti arasında irimiqyaslı korrupsiya işi haqqında məlumatının olduğunu söyləyib. O, bütün detalları …

Ətraflı oxu »

Davudoğludan dövlət çevrilişinə cəhd barədə açıqlama – “Bir neçə ay qabaq hamısını…” – VİDEO

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən danışıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhməd Davudoğlu verdiyi yeni açıqlamasında Türkiyədə 2016-cı ilin iyul ayında baş tutan dövlət çevrilişinə cəhd barədə danışıb.O bildirib ki, Baş nazir olaraq vəzifəsinə davam etsəydi hər şey fərqli olacaqdı:“Prezidentlə bir …

Ətraflı oxu »

İranda güclü qar faciəyə səbəb oldu

İranın şimalındakı Gilan əyalətində yağan qar azı 7 nəfərin həyatına son qoyub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlardan 5-i torpaq sürüşməsi, 2-si isə Rəştdə damın uçması nəticəsində dünyasını dəyişib. Qar yağmağa davam etdiyindən əyalətin təhsil departamenti məktəblərdə tətil elan edib. Əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində və rabitə əlaqəsinin təminatında  fasilələrə …

Ətraflı oxu »

FETÖ-yə üzv olan 14 dövlət qulluqçusu saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatına üzv olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində keçirilən əməliyyatlar zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 14 dövlət qulluqçusu saxlanılıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar aparılır.

Ətraflı oxu »

Türk bayrağını cıran millət vəkilinə verilən cəza bəlli oldu

Avropa Parlamenti Türkiyə bayrağını cıran Yunanıstanın irqçi millət vəkili İonnis Laqosa aylıq müavinətin tutulması və 4 gün parlament fəaliyyətlərində iştirak etməmək cəzası verib.Laqosun türk bayrağını cırması Türkiyədə böyük narazılığa səbəb olduqdan sonra sözügedən millət vəkili haqqında cinayət işi açılmışdı.Qeyd edək ki, Laqos yunan vətəndaşlarının 70 faizinin qanunsuz miqrasiyaya qarşı olduğunu və mühacirlərin …

Ətraflı oxu »

İranın raket zərbələri: yüzdən çox Amerika əsgərinin xəsarət aldığı üzə çıxdı

Ötən ay yanvarın 8-də İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika aviabazasına endirdiyi ballistik raket zərbələrinin nəticəsində yüzdən çox hərbçinin xəsarət aldığı açıqlanıb. Virtualaz.org xəbər verir ki, Ayn-Əl-Əsəd aviabazasında döyüş başlığı yarım tondan çox olan raketlərin dalbadal partlaması nəticəsində bunkerə sığınmış amerikalı hərbçilərin əksəriyyəti kəllə-beyin travmaları alıblar. Bu …

Ətraflı oxu »

Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO/VİDEO

2003-cü ildə dul qalan vyetnamlı Le Van həyat yoldaşının ölümü ilə barışa bilmirdi.“Net News Vietnam” xəbər veriri ki, iş o həddə çatmışdı ki, Le Van bütün vaxtını qəbirstanlıqda keçirir, həyat yoldaşının məzarı üstündə yatırdı.Lakin həyat yoldaşının ölümündən bir neçə ay sonra başlayan leysanlar vyetnamlının işini əngəlləşdirir.Bunu görən Le Van yerin …

Ətraflı oxu »

Dünyanın ən seksual şəhərləri seçildi (SİYAHI)

Rusiyada dünyanın ən seksual şəhərlərinin hansılar olduğu ilə bağlı sorğu keçirilib.Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, rusların böyük əksəriyyəti bu siyahıda birinci sırada Braziliyanın Rio de Janeyro səhərini gördüklərini deyiblər.Sorğunu Avialles şirkəti aparıb və 10 min nəfərin fikri alınıb. Seçim meyarlarına tətil, yerli mətbəx, gözəl insanlar və ya gözəl danışan …

Ətraflı oxu »

Qazaxıstanda iğtişaş qurbanlarının sayı 10-a çatıb

Qazaxıstanın Jambıl vilayətinin Kordai rayonunda kütləvi qarşıdurma qurbanlarının sayı 10 nəfərə çatıb. Azvision.az “TASS”a istinadla xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Kamaljan Nadırov deyib. Onun sözlərinə görə, hazırda xəstəxanalara yerləşdirilən 37 nəfər müalicə alır. Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət orqanlarına hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi …

Ətraflı oxu »