Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO/VİDEO

Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO/VİDEO

2003-cü ildə dul qalan vyetnamlı Le Van həyat yoldaşının ölümü ilə barışa bilmirdi.
“Net News Vietnam” xəbər veriri ki, iş o həddə çatmışdı ki, Le Van bütün vaxtını qəbirstanlıqda keçirir, həyat yoldaşının məzarı üstündə yatırdı.
Lakin həyat yoldaşının ölümündən bir neçə ay sonra başlayan leysanlar vyetnamlının işini əngəlləşdirir.
Bunu görən Le Van yerin altında tunel qazaraq hər gecə həyat yoldaşının tabutunu qucaqlayıb yatırmış.
Bundan xəbər tutan vyetnamlının övladları ona qəbirstanlığa gəlməyi qadağan edir.
Nəticədə Le Van ölmüş həyat yoldaşının cəsədini qazıb çıxararaq, onu gips, sement və qumdan düzəltdiyi heykəlin içinə qoyur.
O vaxtdan bu yana, artıq 17 ildir ki, Le Van ölmüş həyat yoldaşının cəsədi ilə bir yataqda yatır. Vyetnamlının uşaqları onun bu addımına qarşıdırlar və analarını yenidən basdırmaq istəyirlər. Lakin Le Vanın nəvələrindən biri “nənəsinə” öyrəşib və hər gün onunla oynayır.
Qeyd etmək lazımdır ki, Le Van hər gün heykələ yeni paltar geyindirir, onu yuyur və makiyajını yeniləyir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …