Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / İranda güclü qar faciəyə səbəb oldu

İranda güclü qar faciəyə səbəb oldu

İranın şimalındakı Gilan əyalətində yağan qar azı 7 nəfərin həyatına son qoyub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlardan 5-i torpaq sürüşməsi, 2-si isə Rəştdə damın uçması nəticəsində dünyasını dəyişib.

Qar yağmağa davam etdiyindən əyalətin təhsil departamenti məktəblərdə tətil elan edib.

Əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində və rabitə əlaqəsinin təminatında  fasilələrə səbəb olub.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …