Ana səhifə / Dünya / Qazaxıstanda iğtişaş qurbanlarının sayı 10-a çatıb

Qazaxıstanda iğtişaş qurbanlarının sayı 10-a çatıb

Qazaxıstanın Jambıl vilayətinin Kordai rayonunda kütləvi qarşıdurma qurbanlarının sayı 10 nəfərə çatıb.

Azvision.az “TASS”a istinadla xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Kamaljan Nadırov deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalara yerləşdirilən 37 nəfər müalicə alır.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət orqanlarına hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi tapşırıb, bunun üçün Baş nazirin müavini Berdibek Saparbayevin başçılığı ilə hökumət komissiyası yaradılıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …