Ana səhifə / Dünya (səhifə 194)

Dünya

Avtobusun altında qalmaqdan son anda xilas oldu – VİDEO

Rusiyada səkidə hərəkət edən qadın müvazinətini itirib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, müvazinətini saxlaya bilməyib və yola düşüb. Həmin zaman isə avtobus qadının yıxıldığı nöqtəyə doğru irəliləyib. Gənc qadın avtobusun altında qalmaqdan son anda qurtulub. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Ətraflı oxu »

İranda koronavirusa görə məktəb və universitetlər bağlandı

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb. Virtualaz.org xəbər verir ki, …

Ətraflı oxu »

Ailə biznesi? Kardaşyanın bacısı da yarımçılpaq şəkil çəkdirdi

Kim Kardaşyanın böyük bacısı və “Poosh” gözəllik və sağlamlıq saytının təsisçisi Kortni Kardaşyan qaz sobasının arxasına keçərək açıq-saçıq geyimdə şəkil çəkdirib.  Sputnik Azərbaycan xəbər verir ki, Kortni fotoşəkillərini özünün “Instagram” səhifəsində paylaşıb. Belə ki, 40 yaşlı Kardaşyan əynində İtalyanın “Roberto Cavalli” lüks markasının muzey kolleksiyasından olan paltarla qaz plitəsinin yanında poza …

Ətraflı oxu »

Misir məhkəməsi Hüsnü Mübarəkin oğullarına bəraət verdi

Misirin Ağır Cinayətlər Məhkəməsi ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin oğulları Alaa və Qamala bəraət verib. Unikal.org “Egypttoday” portalına istinadla xəbər verir ki, onlar səhm bazarlarında manipulyasiya vasitəsilə qanunsuz qazanc əldə etməkdə ittiham olunurdu.Portalın xəbərinə görə, qardaşlara qarşı Misirin Əl Vətən Bankının 493.628 milyon dollar dəyərində səhmlərinin qeyri-qanuni olaraq istiqraz bazarına çıxarılması …

Ətraflı oxu »

Koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2442-ə çatıb, yoluxanların sayı 76 936 nəfərdir. Son sutka ərzində virusdan 97 ölüm hadisəsi qeydə alınıb, ümumilikdə isə indiyədək virusa yoluxmuş 22 …

Ətraflı oxu »

Hakan Şükür: “Gülənin tədbirlərinə Ərdoğanın təyyarəsi ilə gedirdik”+VİDEO

“Dövlətimi, millətimi, bayrağımı, bütün dəyərlərini sevirəm”. Strateq.az “Euronews”-a istinadla xəbər verir ki, bunu Hakan Şükür bildirib. Gülən Hərəkatı ilə münasibətlərinə toxunan keçmiş futbolçu deyib: “Mənə qarşı belə bir iddianamə yoxdur. Yalnız qara təbliğat var. İnsanlar “ittiham olunan günahsızlığını isbatlamalıdır” deyirlər”. Hakan Şükür hərəkatın Türkiyədəki mövcud iqtidar dövründə gücləndiyini, “Camaat”ın təşkil etdiyi tədbirlərə …

Ətraflı oxu »

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” – VİDEO

83 yaşlı ukraynalı Kseniya Didux qohumları tərəfindən dəfn edilməyə hazırlanarkən “dirilib”. Bu barədə ТСН-in “Youtube” kanalında hazırlanmış süjetdə deyilir. Bildirilir ki, Ukraynanın Vinnits əyalətindən olan təqaüdçü 10 saat heç bir həyat  əlaməti göstərməyib. Həkimlər onun nəbzi və təzyiqini ölçsələr də, cihazlar heç nə göstərməyib. Hətta həkimlər tərəfindən çıxarılan kardioqramda da …

Ətraflı oxu »

İtinə görə Çindən ayrılmadı – Zelenski ona zəng vurdu

Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyyə olunub. “Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü …

Ətraflı oxu »

Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu

Suriyanın Afrin şəhərində bir ailədə dördəm dünyaya gəlib. “Report” xəbər verir ki, uşaqlara Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyulub. “Rəcəb Tayyib Ərdoğan hamımızın evə dönüş ümididir. Biz ona güvənirik və övladlarımı kəndimdə, evimdə böyütmək istədiyimə görə hörmətli Ərdoğan və xanımı Əminənin adını uşaqlarıma verdim”, – dördəmin atası açıqlayıb. Qeyd …

Ətraflı oxu »

Hərbiçi qadınlara yüksək rütbə və vəzifə veriləcək – YENİ QƏRAR

Hindistanın Ali Məhkəməsi yeni qərar verib. Belə ki, orduda xidmət edən qadınlara yüksək komandanlıq rütbə və vəzifələrini tutmağa icazə verilib. Unikal.org xəbər verir ki,  bundan əvvəl hakimiyyət kəndlərdən hərbi qulluğa çağırılan əsgərlərin mental bağlılıqlarından irəli gələn düşüncələrə görə qadın komandirləri qəbul etməyə hazır olmadıqlarını əsas gətirərək sözügedən qərarın qəbul edilməsinə etiraz …

Ətraflı oxu »