Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / İranın raket zərbələri: yüzdən çox Amerika əsgərinin xəsarət aldığı üzə çıxdı

İranın raket zərbələri: yüzdən çox Amerika əsgərinin xəsarət aldığı üzə çıxdı

Ötən ay yanvarın 8-də İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika aviabazasına endirdiyi ballistik raket zərbələrinin nəticəsində yüzdən çox hərbçinin xəsarət aldığı açıqlanıb. Virtualaz.org xəbər verir ki, Ayn-Əl-Əsəd aviabazasında döyüş başlığı yarım tondan çox olan raketlərin dalbadal partlaması nəticəsində bunkerə sığınmış amerikalı hərbçilərin əksəriyyəti kəllə-beyin travmaları alıblar. Bu haqda “Reuters” bildirir.

Agentlik qeyd edir ki, yaxın zamanlarda Pentaqon bu informasiyanı rəsmən təsdiqləməyə hazırlaşır. Bundan əvvəl bazada 64 hərbçinin müxtəlif dərəcələrdə xəsarət aldığı açıqlanmışdı. Onların bir qismi Almaniyadakı hərbi hospitala göndərilib.

Bu günlərdə İran silahlı qüvvələrinin Baş qərargahı bildirib ki, ABŞ Ayn-Əl-Əsəd aviabazasına endirilmiş zərbələr nəticəsində məruz qaldığı “ciddi itkiləri” gizlədə bilməyəcək və yaxın günlərdə onlar itkiləri rəsmən açıqlamalı olacaqlar.

Xatırladaq ki, raket zərbələrinin ardınca prezident Donald Tramp “hər şeyin yaxşı olduğunu, heç bir əsgərin xəsarət almadığını” bəyan etmişdi. Lakin daha sonra Pentaqon hərbçilər arasında partlayış dalğasının təsiri ilə xəsarət alanların olduğunu açıqladı.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …