Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Mehman Əliyev həbsdə qaldı

Mehman Əliyev həbsdə qaldı

Bu gün Yasamal rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, proses hakim Azər Tağıyevin sədrliyi ilə keçirilir

İttihama görə, M.Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

***

Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib, M.Əliyev həbsdə saxlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın