Ana səhifə / Siyasət / Elmar Məmmədyarov: “Myanmadakı vəziyyət həllini tapmalıdır”

Elmar Məmmədyarov: “Myanmadakı vəziyyət həllini tapmalıdır”

“Myanmada rohinca qaçqınlarının ətrafında uzun müddətdir davam edən vəziyyət həllini tapmalıdır. Bu insanlar uzun illərdir əziyyət çəkirlər”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Bu məsələni Çavuşoğlu ilə görüşdə müzakirə etdik, vəziyyət çox ağırdır. BMT baş katibi artıq məsələnin Təhlükəsizlik Şurasının iclasında müzakirə edilməsi üçün müraciət edib”, – E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan bu məsələni diqqətdə saxlayacaq.

Öz növbəsində, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İslam dünyasının humanitar faciəyə reaksiya verməli olduğunu bildirib.

O, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı dünən bəyanatla çıxış etdiyinə görə təşəkkür edib.

“Çox sayda insan öldürülüb. Biz rohincalara yardım edəcəyik”, – türkiyəli nazir qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın