Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Stadiona buraxılmayan iranlı qadınlar etiraz etdilər – Fotolar

Stadiona buraxılmayan iranlı qadınlar etiraz etdilər – Fotolar

İranda futbol meydançasına buraxılmayan qadınlar etiraz ediblər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünya çempionatının seçmə mərhələsi qarşılaşmasında İran-Suriya millilərinin oyunu iranlı qadınların etirazına səbəb olub. Belə ki, qadınlar oyunu izləmək üçün meydana buraxılmayıblar. Onlardan fərqi olaraq suriyalı xanımlar pasportlarını göstərdikdən sonra oyunu meydanda izləyə biliblər.

Qeyd edək ki, İranda qadınların kişilərlə birgə meydanda futbol izləməsi qadağandır. Lakin İran-Suriya qarşılaşmasına bir neçə gün qalmış internetdə qadınlar üçün biletlər satışa çıxarılıb. Lakin daha sonra İran Futbol Federasiyası biletlərin səhvən satışa çıxarıldığını açıqlayıb.

 



Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın