Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Araşdırma / “Jewellery” mağazasının sahibəsinin qətlə yetirildiyi mənzil (VİDEO)

“Jewellery” mağazasının sahibəsinin qətlə yetirildiyi mənzil (VİDEO)

Bakıda ilin ən ağır cinayət hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında yerləşən mənzildə baş verib.
“Qızıl Məryəm” kimi tanınan 1960-cı il təvəllüdlü Məryəm Namədzadəyə naməlum şəxslər evində 43 bıçaq zərbəsi yetirib və hadisə yerindən qaçıblar.
İlkin ehtimala görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib. Mərhumun qızı övladını məktəbə aparmaq məqsədilə evdən çıxıb. Qayıdıb gələndə isə mənzilin qapısının açıq olduğunu, anasının isə qan içində yerdə uzandığını görüb.
Qonşu: “Heç nə eşitmədim. Qızı bircə qışqırdı ki, apardılar, qaçdılar. Ağlayırdı. Onların evinə başqa heç kim gəlmirdi”.
Qətlin tamah məqsədilə törədildiyi ehtimal edilsə də, məlum olub ki, evdən heç nə aparılmayıb. Daha doğrusu, mənzildən qızıl-zinət əşyaları tapılmayıb. Bunu mərhum Məryəm Namədzadənin qızı hüquq-mühafizə orqanlarına bildirib.
Qapının içəridən açılması evə gələn şəxslərin ailəyə yaxın adam olduğu mesajını versə də, ekspertlərin fikrincə, qapının açarsalma üsulu ilə açılması istisna olunmur. Məlumat üçün bildirək ki, nə binanın girişində, nə də mənzillərdə, dəhlizdə heç bir kamera olmayıb. Faktı Nəsimi rayon prokurorluğu araşdırır.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Həmçinin oxuyun

Rəşad Atakişiyevin nəşi tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin …

Bir cavab yazın