Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Alişanı soydular – Pulqabıdakı Azərbaycan manatı da oğurlandı

Alişanı soydular – Pulqabıdakı Azərbaycan manatı da oğurlandı

Müğənni Alişanın model-aparıcı Çağla Şikelin ad günü şənliyindən qayıdan zaman başına iş gəlib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Taksim Jolly Jokerdən evə gedən müğənninin pulqabısı oğurlanıb.

Sənətçinin pulqabısından şəxsiyyət vəsiqəsi, kredit kartları, 400 dollar, 20 funt və 50 Azərbaycan manatı götürülüb.

İfaçı məsələ ilə bağlı polisə məlumat verib. Pulqabısı bir nəfər tərəfindən tapılıb, müğənniyə təslim edilib.

“Pulu oğurlayana halal olsun. Heç olmasa şəxsiyyət vəsiqəsi və kredit kartlarını götürməyib”,-deyə Alişan məsələyə münasibət bildirib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın