Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / Təqaüdü kəsilən xəstə mayor Səlim Müslümovdan Prezidentə şikayət etdi – “Vərəm xəstəliyinə tutulmuşam…”

Təqaüdü kəsilən xəstə mayor Səlim Müslümovdan Prezidentə şikayət etdi – “Vərəm xəstəliyinə tutulmuşam…”

BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, NAXİMOV KÜÇƏSİ 17, M.8-DƏ YAŞAYAN EHTİYATDA OLAN MAYOR İSMAYILOV AFTANDİL İSA OĞLU AZINFORUM.AZ-A ŞİKAYƏT ÜNVANLAYIB.

O, saytımız vasitəsilə səsinin əlaqədar qurumlara çatdırılmasını istəyir. Azinforum.az həmin şikayəti olduğu kimi təqdim edir: 

“Cənab Prezident!

Mən İSMAYILOV AFTANDİL İSA OĞLU 1966- cı ildə Naxçıvan MR-in Şərur rayonu Gomaxtur kəndində anadan olmuşam. Ali hərbi təhsilliyəm. 1984-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində qulluq etmişəm. 1991-ci ildə Naxçıvan MR-in ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişəm.

1994-cü ildə Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirmişəm.

2007-ci ildə çəbhə xəttində qulluq edərkən dişlərimin kütləvi şəkildə tökülməsilə əlaqədar olaraq Mərkəzi Hərbi Hospitala göndərilmişəm. Səhəri günü müayinədən keçərkən məlum olmuşdur ki, vərəm xəstəliyinə tutulmuşam və bilməyərəkdən iki azyaşlı övladımı da bu xəstəliyə yoluxdurmuşam.

Dörd ay hospitalda müalicə olunduqdan sonra xəstəliyimlə əlaqədar ehtiyata buraxılmışam.

2007-ci ildən 2015-ci ilin fevralına kimi 2-ci qrup əlil kimi 368 manat təqaüd almışam.

Bu ilin mart ayından Respublika TSEM-i əlilliyimi ləğv etdi. Bildirdilər ki, xəstə olmağıma xəstəyəm, amma sənə əlillik düşmür.

Xəstəliyimlə əlaqədar heç bir yerdə işə düzələ bilməmişəm. Hal-hazırda işsizəm. İki övladım var. Xəstədirlər. Yarı-ac, yarı-tox yaşayırlar. Məni indi onların üzünə baxa bilmirəm.

Dəfələrlə Müdafiə Nazirliyinə ordu sıralarına qayıtmaq istəyimlə  bağlı müraciət etmişəm. Həm bu xəstəliyimə görə, həm də yaş həddi keçdiyinə görə cavab məqbul olmayıb.

18 təqvim ilindən çox xidmət etmişəm. Əlavə edirəm ki, 2011-ci ilin əvvəllərində də təqaüdümü kəsmişdilər.  Onda Prezident kimi Sizə müraciət etdim. Hər şey qaydasına düşdü.  İndi bunlar məni yenidən incidirlər. Mən başa düşmürəm bunlar mənim təqaüdümü niyə kəsiblər: xəstəliyimə görəmi, yaxud Vətənə qulluq etdiyimə görə.

Cənab Prezident! Sizdən xahiş edirəm ki, mənimlə bağlı haqsızlığa son qoyulmasına göstəriş verəsiniz”

Azinforum.az

 

Həmçinin oxuyun

İntizam Komissiyasının sədri Rafael Cəbrayılovun hərəkətlərini PİSLƏDİ

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları …

Bir cavab yazın