Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm /  Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı – Gəncədən məlumat ötürən şəxsi əlimyandıda axtarırlar

 Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı – Gəncədən məlumat ötürən şəxsi əlimyandıda axtarırlar

Ötən gün Qafqaz Xəbər Agentliyində ( qafqaznews.az ) “Gəncədə 500 min manatlıq yığım başladı” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunurdu ki, Avropa Oyunları bitən kimi Elmar Vəliyev məmurları və iş adamlarını toplayaraq tapşırıq verib ki, Gəncədəki yataqxana binalarına üzlük döşəmək və Gəncədə çay qırağında bulvar salmaq üçün mənə təcili 500 min manat pul lazımdır. Beləliklə icra başçısının pul yığımı mexanizmi işə salınıb. Şəhərdəki müəssisələrdən və məktəblərdən təcili pul yığımı baslayıb. Bütün sahibkarları, iş adamlarını bir-bir çağırıb pul tələb edirlər. Şəhərin memarı Azad Əliyev başçının tapşırığı ilə obyekt sahiblərini çağırtdırıb hər birindən pul tələb edir, əks təqdirdə obyekti sökdürməklə hədələyir. Məqalə ciddi maraq doğuraraq digər saytlar tərəfindən tirajlandı.

Məqalə dərc olunandan bir neçə dəqiqə sonra Gəncədən Kənan adlı şəxs redaksiyaya zəng edərək aşağıdakıları söylədi: “Sizin imkanınız varsa, bir Gəncəyə gəlin. Görəcəksiniz ki, hər şey əksinə yazılıb. “Tekstilni” qəsəbəsi deyilən sovetdən qalma biabırçı bir məkan var, orda işlər gedir. Başa düşmürəm, məgər cənab başçını 500 min manata ehtiyacı var?”. Və söhbətin davamında Kənan təkidlə bizdən mənbənin kim olduğunu soruşaraq onun cəzalandırılacağını bildirdi. Görünür burada məqsəd məlumatı ötürəni cəzalandırmaqdır ki, bir də belə hal təkrarlanmasın. Məqələni dərc edən digər saytlarla bağlı isə Kənan bildirdi ki, “onlardan xəbəri çıxartdırmaq asandır, istədiyim vaxt çıxartdıra bilirəm…bizim böyük bir qrupumuz var, istəyirsiz deyim ,sizin saytdan da çıxartsınlar”. Kənan sonda bildirdi ki, mənə saytdan xəbər çıxartdırmaq lazım deyil… neynirəm, mənə lazımdır ki, əsas mənbəni tapım görüm kimdir: “ Bu informasiyanı sizə kim ötürübdür? Məni əsas maraqlandıran odur. Məni xırda məsələlər maraqlandırmır”.

Redaksiyadan: İcra hakimiyyəti nümayəndəsinin danışığından belə aydın oldu ki, icra başçısı Elmar Vəliyev ona tapşırıq verib ki, mənbə tapılsın, cəzalandırılsın və bununla da mətbuata Gəncə şəhəri ilə bağlı məlumat verən digər şəxslərə də dərs olsun.

Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı
Elmar Vəliyev Gəncədə repressiya dalğası başlatdı

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın