Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm /  “Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir – ŞİKAYƏT

 “Azərkörpü” 3-4 aydır fəhlələrin maaşını vermir – ŞİKAYƏT

“Azərkörpü” Açıq tipli Səhmdar Cəmiyyəti (ASC) işçilərinin əmək haqlarını vermir. Şirkət artıq 3-4 aydır ki, fəhlələrin əmək haqqlarını gecikdirir.

Bu barədə Modern.az saytına adıçəkilən ASC-də işləyən fəhlələr məlumat veriblər.

Onlar qeyd ediblər ki, “Azərkörpü” ASC Bakıda, eləcə də müxtəlif rayonlarda körpülər, kanallar tikir və burada minlərlə fəhlə işləyir.

“Artıq 3-4 aydır maaşımız verilmir. Soruşduqda isə bunu heç nə ilə izah etmirlər və qeyd edilir ki, xoşunuz gəlmirsə işləməyin. Biz də ailə dolandırırıq. Gözümüzü bu maaşa dikmişik. 1-2 ay gözlədik ki, bəlkə verilər. Amma heç nə deyilmir”,-deyə fəhlələr bildiriblər.

Şikayətçilər qeyd edib ki, fəhlələrin bir qrupu yaxın zamanlarda şirkət binasının qarşısında kiçik aksiya keçiriblər və onların əmək haqları dərhal verilib.

“Aylıq maaşımız 600-700 manatdır. Hardasa 5000-6000 işçi var. Belə bir hadisə əvvəllər də olmuşdu, onda 1 ay sonra bütün əməkhaqqı verilmişdi. Amma indi bir xəbər yoxdur”.

Qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, “Azərkörpü” ASC-dən direktorun hazırda iclasda olduğu bildirildi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın