Şənbə , Aprel 27 2024
Ana səhifə / Ermənistanda Türkiyədən pomidor idxalına etiraz – (Fotolar)

Ermənistanda Türkiyədən pomidor idxalına etiraz – (Fotolar)

Ermənistanın kiçik sahibkarları – istixana sahibləri bu gün hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın news.am saytına istinadən xəbərinə görə, onlar Türkiyədən pomidor idxal etməmək tələbini irəli sürüblər. Onlar bildiriblər ki, türk pomidorlarının idxalı və qiymətin eyni olması səbəbindən yerli sahibkarlar öz mallarını sata bilmirlər: “Mavi yanacağa, gübrələrin, paketlərin alınmasına xeyli pul xərcləyirik, son nəticədə isə uduzmağa məhkumuq”.

Kənd təsərrüfatı naziri Serqo Karapetyan 12 istixana sahibini qəbul edib və problemin həll ediləcəyinə söz verib.

 

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın