Şənbə , Aprel 20 2024
Ana səhifə / Azərbaycanda övladlarına düzgün tərbiyə verməyən 220 valideyn cəzalandırılacaq

Azərbaycanda övladlarına düzgün tərbiyə verməyən 220 valideyn cəzalandırılacaq

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən edilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 220 valideyn barəsində tərtib olunan materiallar qanunla müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilib.

Təhsildən yayınan 529 azyaşlı məktəbə qaytarılıb, habelə şagird və tələbələr arasında cinayətkarlığın, intihar hallarının, onların məişət zorakılığına, qeyri-insani rəftara məruz qalmasının qabaqlanması məqsədilə Təhsil Nazirliyinə və onun yerli strukturlarına 462 təqdimat göndərilib.

Qeyd edək ki, hesabat sənədi aprelin 3-də Milli Məclisdə müzakirə ediləcək.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın