Ana səhifə / İcra başçısı şikayətçiləri təhdid edir – VİDEO

İcra başçısı şikayətçiləri təhdid edir – VİDEO

Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov barədə ilginc məlumat daxil olub.

Bildirilir ki, bir neçə gün öncə 25 ailə başçısı adından icra başçısının qanunsuz əməlləri barədə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edilib. Həmin məktub da tədbir görülməsi üçün elə şikayət olunan ünvana-rayon icra hakimiyyətinə göndərilib. İcra başçısı da etməyib tənbəllik, həmin 25 ailə ilə bağlı “tədbir görülməsi” üçün göstəriş verib. Nəticədə həmin 25 nəfər içərisindən rayon ərazisində mağazası olan iki nəfər “günahkar” tapılıb və onların üzərinə polis göndərilib. Polislər mağazaya girib həmin şəxsləri təhqir ediblər və nəticədə ortada guya polisin qanuni tələbinə qarşı çıxmaq görüntüsü yaradılıb.

Məmmədov Natiq Sərdar oğlunun bir az diribaş olduğu və icra hakimiyyətini növbəti dəfə səsə-küyə salacağından ehtiyatlanan polislər digər rayon sakini-Nəbiyev Əlvan Xalıq oğlunu məhşər ayağına çəkiblər.
Şikayətçilər bildirir ki, hətta polislərin mağazaya soxulması və söyüşlər söyməsi haqqında əllərində videoçəkiliş də var və polisin biri çox ağır ifadələrlə həmin şəxsi söyür ki, niyə 102 xidmətinə zəng vurmusan.
Şikayətçilər bildirir ki, bu gün rayonun 100-ə yaxın əhalisi məhkəmənin qarşısına toplaşaraq icra hakimiyyətinin qanunsuz hərəkətlərinə etiraz ediblər və Nəbiyev Əlvan barəsində saxta qərar verilməsinə qarşı çıxıblar. Bundan qorxuya düşən hakim şikayətçilərə deyib ki, icra başçısından qorxur, ona görə də Əlvanı açıb buraxa bilməz, amma ona 5 sutka inzibati həbs verməklə vəziyyəti yoluna qoyacaq. Nəticədə Əlvan Nəbiyevə 5 sutka həbs cəzası verilir…
Şikayətçilər sifarişli qərar çıxaran hakim barədə də tədbir görülməsi üçün Məhkəmə Hüquq-Şurasına müraciət edəcəklərini bildiriblər(moderator.az).
Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın