Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / “Arvadını qucağıma salıb şəkil çəkdirənlər, sonra məni təhqir edir”

“Arvadını qucağıma salıb şəkil çəkdirənlər, sonra məni təhqir edir”

Müğənni Nadir Qafarzadə həmkarı Röyanın onu təhqir edən şəxslə görüşməsinin birmənalı qarşılanmamasına münasibət bildirib.

Bu haqda “Qafqazinfo”ya müsahibəsində söhbət açan ifaçı sosial şəbəkədə onu təhqir edənlərə səslənib:

“Mənim də ənkə-böyüyümü, nəsil-nəcabətimi söyürlər.  O insanlar klaviatura qəhrəmanlarıdır. Onlar monitor arxasında kişi, həyatda dişidirlər. Məni görəndə arvadını qucağıma salıb şəkil çəkdirənlər komputer arxasında məni təhqir edir. Gəlib üzümə söyən şəxslərin qarşısında baş əyərəm. Qadınlar kişi, kişilər qadın profili açır. Bizi söyənlər elə bilirlər ki, həyatda yalnız onlar düz yoldadır. Kişiliklərini gəlib həyatda göstərsinlər. Etdiyi hərəkətə görə, Röyanı qınamıram. Amma gərək baş qoşmazdı. Röya  kifayət qədər populyar insandır, bu gerçəkliklərlə barışmalıdır. Düzdür, adam dözə bilmir. Valideynlərimiz bizi dünyaya gətirməyib ki, bizi təhqir etsinlər. “Youtube” kanalında məni söyən bir şəxs vardır, onu  axtarırdım. Nömrəsini versə də, zəng çatmadı. Komputer arxası kişilər Röyanın, Nadirin uğuru ilə barışa bilməyənlərdir. Əvvəl əsəbləşsəm də, indi fikir vermirəm. Əsas odur ki, mən öz-taxt tacımdayam”.

Qeyd edək ki, Röya sosial şəbəkədə onu təhqir edən şəxslə görüşmüş və həmin anları videoya çəkmişdi. Müğənninin bu addımı tənqid hədəfinə çevrilmişdi.

Həmçinin oxuyun

Bəxtiyar Hacıyev “erməni dəyirmanının suyunu necə qurutdu”?..

Anlaşılan, alışdığı-öyrəşdiyi tək qapıya oynamağı seçdi Belə də naşılıq olmaz ki? Mən şəxsən düşünürdüm ki, …

Bir cavab yazın