Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Elçin Məmməd həbs edildi

Elçin Məmməd həbs edildi

Sumqayıt Gənclərini Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Avropadan gələrkən Bakı aeroportunda saxlanılıb.

Bu barədə “Turan”a onun müavini Elçin Həsənov bildirib. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova zəng vuraraq saxlandığını deyə bilib.

E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Aprelin əvvəlində E.Məmmədə bildirilib ki, o, ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın