Ana səhifə / Köşə Yazarları / TQDK jurnalistlər üçün müsabiqə keçirir

TQDK jurnalistlər üçün müsabiqə keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir.

 

TQDK-dan Axar.az-a verilən məlumata görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsi keçirilir.

 

Müsabiqə 2 nominasiya üzrə aparılır:

 

1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.

 

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

 

I yer – 1000 manat

II yer – 800 manat

III yer – 600 manat

 

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

 

2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı.

 

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

 

I yer – 1000 manat

II yer – 800 manat

III yer – 600 manat

 

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın