Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Diaspor sədri xarici işlər naziri ilə görüşdü

Diaspor sədri xarici işlər naziri ilə görüşdü

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Emine Çolak Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin (AKDC) üzvlərini qəbul edib. 

Ziyarətdə AKDC sədri Orxan Həsənoğlu, müavinləri Anar Həsənov və Günay Eliyeva iştirak ediblər.
Görüşdə çıxış edən AKDC-in sədri və eyni zamanda Qlobal Kariyera İnistitutunun direktoru Orxan Həsənoğlu rəhbərlik etdiyi qurumların fəaliyyəti və gələcək planları haqqında geniş məlumat verib.
Həmçinin ölkəmizdə son illərdə aparılan islahatlar və inkişafdan söz açıb. Qarşılıqlı əməkdaşlığın qurulmasında QHT sektorunun önəminə diqqət çəkən sədr hər iki ölkənin QHT təmsilçilərinin bir araya gəlməsi və işbirliyi üçün AKDC olaraq bir layihə hazırladıqlarını bildirib.
Nazir Emine Çolak AKDC ziyarətindən olduqca məmnun olduğunu, iki qardaş ölkə arasında mühüm işlərin görülməsinin vacibliyini bildirib. O qeyd edib ki, iki ölkənin QHT nümayəndələrinin əməkdaşlığı onu həyəcanlandırıb.
ŞKTC xarici işlər naziri iki qardaş ölkə arasında əlaqələrin inkişafında AKDC-nin rolundan məmnunluğunu və daha yaxından əməkdaşlıq etməyin vacibliyini bildirərək müxtəlif təkliflərini dilə gətirib.

 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın