Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət (səhifə 30)

Siyasət

Nazir Fransanın “persona non grata” elan etdiyi səfirlik əməkdaşlarını qəbul etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş Fransadakı səfirliyimizin əməkdaşlarını qəbul edib.Bu barədə nazirlik məlumat yayıb.Bildirilir ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib:“Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən …

Ətraflı oxu »

Təbriz Musayev: “Ermənistanın sülh sazişi ilə bağlı ciddi addımlar atacağını demək çətindir”

“Ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir. Biz Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd etdik. Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir”. Bunu Prezidentin xüsusi tapşırıqlar …

Ətraflı oxu »

Kreml Azərbaycanla sülhməramlıların taleyini müzakirə etdiyini deyir

Mixail Qaluzin: “Bütün məsələləri Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk” Moskva hazırda Qarabağdakı sülhməramlıların taleyini Azərbaycanla fəal şəkildə müzakirə etdiyini bildirir. Bunu dekabrın 30-da “RİA Novosti” agentliyinə Rusiya xarici işlər nazirliyinin müavini Mixail Qaluzin deyib. O bildirib ki, 9 noyabr 2020-ci il tarixli sənədə əsasən, Rusiya sülhməramlıları 2025-ci ilə qədər regionda …

Ətraflı oxu »

BAXCP-dən Sərdar Cəlaloğluna ağır cavab

“Sərdar Cəlaloğlu kimi adamlar prezident seçkilərinə bu cür qiymət verməklə onun nəticələrinə kölgə saxlamağa, eləcə də dövlətin beynəlxalq imicinin korlanmasına xidmət edir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib. Müsahibimiz Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun prezident seçkiləri haqqında səsləndirdiyi fikirlərə münasibət …

Ətraflı oxu »

ATƏT DTİHB iki həftə sonra Azərbaycandakı seçkilərlə bağlı aralıq hesabat yayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu fevralın 7-də növbədənkənar Prezident seçkilərində müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib. Bu barədə dekabrın 29-da Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi (İrlandiya) keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, 8 həftə ərzində seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaqlar. “Missiya 11 …

Ətraflı oxu »

Azərbaycan Prezidentinin köməkçisi: “Fransanın Ermənistanı silahlandırması əks effekt verir”

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı …

Ətraflı oxu »

İki nazirlik ləğv olunur – Yeni nazir kim olacaq?

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər …

Ətraflı oxu »

Rüfət Quliyev məvacibindən danışdı: “Sürücünün maaşı, yanacaq pulu…”

“Deputatların normal maaşı var, yetərlidir. Şəxsən mənim kreditim yoxdur. Şükür Allaha, aldığım maaş özümə bəs edir”. Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Deputat bildirib: “Təbii ki, xüsusən rayonlarda fəaliyyət göstərən deputatlara əlavə vəsait verilir, çünki həm seçildikləri rayonlara, həm …

Ətraflı oxu »

Ceyhun Bayramov: “İrandakı səfirliyin bağlanmasının konkret səbəbi var”

Nazir bunu silahlı hücumla əlaqələndirib Azərbaycanın İrandakı səfirliyinin bağlanmasının konkret səbəblərinin olduğu bildirilir. Bu barədə dekabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransnda deyib. Nazirin sözlərinə görə, səfirliyin bağlanmasının konkret səbəbi terror hücumu və insanların həyatına dair təhlükənin olması ilə bağlıdır. “Azərbaycan tərəfinin gözləntisi …

Ətraflı oxu »

Azərbaycan Qəzza üçün 2 milyon dollar ayırıb

“Azərbaycan münaqişə ilə bağlı Ciddə və Ər-Riyad şəhərlərində keçirilən fövqəladə iclaslarda iştirak edərək Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. O əlavə edib: “Qardaş Türkiyədə baş verən zəlzələdən sonra bu ölkəyə yardım və Ukrayanaya göndərilən humanitar yardım Azərbaycanın verdiyi humanitar yardımlar …

Ətraflı oxu »