Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət (səhifə 20)

Siyasət

Rəsulzadənin abidəsi ziyarət olundu

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.Bu münasibətlə bir qisim müxalifət nümayəndələri, ictimai fəallar və media əməkdaşları Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.Onlar plakatlarla və şüarlar səsləndirərək abidənin önünə gəlib və buraya gül dəstələri qoyublar.Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli abidənin önündə çıxış edib.

Ətraflı oxu »

Azərbaycan Avropa Məhkəməsindən də çıxacaq?

Fikirlərini sərbəstcə ifadə etmək, yeri gələndə etiraz üçün toplaşmaq, işgəncə və pis rəftara məruz qalmamaq, evinin zorla əlindən çıxmaması. Bu kimi təməl insan hüquqların Azərbaycanda tapdalanırsa, ədaləti bir az uzaqda Avropa İnsan Hüquqları Məhkəməsində axtarırsan. İndi bu qapı da Azərbaycan vətəndaşlarının üzünə bağlana bilər. Azərbaycan hakimiyyətinin AŞPA-da fəaliyyətinin dayandırılması ağıla …

Ətraflı oxu »

Azərbaycanın yardımları harada istifadə olunur? – Açıqlama

Yanvar ayında Ukrayna azərbaycanlı tərəfdaşlardan daha bir yardım tranşı, o cümlədən bərpa işlərinin aparılması üçün 25 yük enerji avadanlığı alıb. Azərtac xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Azərbaycandan yardımın dördüncü tranşına transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, bərpa və təmir işlərinin aparılması …

Ətraflı oxu »

Təbriz Musayev: “Ərazilərimizin işğalında erməni keşişləri əllərinə silah alıb terrorçularla birlikdə vuruşublar”

Katolikos yenə qan-qan deyir və düşmənçiliyin əsas baiskarlarından olan erməni kilsəsi öz “missiyası”nı davam etdirməkdədir. Bütün ermənilərin katolikosu II Qaregin Ordu Günü münasibətilə erməni xalqına müraciət ünvanlayaraq, yenə “artsax”dan, erməni döyüşçüsünün “qəhrəmanlığından” və s. dəm vurub. Katolikosun kin püskürən açıqlamaları belə olub: “Artsax” hərəkatı dövründən etibarən Ermənistan nizami ordusu könüllü …

Ətraflı oxu »

Bakı və İrəvan arasında demarkasiya görüşü nə vaxt olacaq?

Dövlət sərhədinin demarkasiyası və demarkasiyası məsələləri üzrə Ermənistan və Azərbaycan komissiyalarının iclası yanvarın sonunadək baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Görüşün dəqiq tarixi açıqlanmayıb. Qeyd edək ki, öncədən iclasda komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinin müzakirə olunacağı elan olunub.

Ətraflı oxu »

Xankəndidə yaşayan erməni İlham Əliyevə təşəkkür etdi

Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşı “təcili yardım” üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə zəng edib. Çağırış ünvanına gedən təcili tibbi yardım briqadası astma xəstəsi olan erməniyə ilkin tibbi yardım göstərib. Xankəndidə yaşayan erməni sakin deyib ki, Azərbaycan hökmətinin orada yaratdığı şəraitdən razıdır: “Mən 20 il meşədə yaşamışam, …

Ətraflı oxu »

Frank Şvabe: “Bizim qaydalarımıza hörmət etməyən bircə ölkə var, o da Azərbaycandır”

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə qərar verildi. Müzakirələr zamanı mövqeyi və fikirləri ilə fərqlənən AŞPA-nın deputatı Frank Şvabe Meydan TV-yə müsahibə verib. O, Almaniya Sosial Demokratlar Partiyasının üzvüdür. “Müzakirələrlə bağlı danışsaq, biz Azərbaycandakı …

Ətraflı oxu »

Prezidentin general-mayor rütbəsi verdiyi şəxslər kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini.10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1987-ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirib.1988-ci …

Ətraflı oxu »

İrəvanın Bakıya göndərdiyi yeni paktın detalları – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təqdim etdikləri təklifləri açıqlayıb. Bu təkliflərdə iki məqam xüsusilə diqqət çəkir: – Silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması; – Sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanması; Birinci təklif absurd səslənir. 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib …

Ətraflı oxu »

Azərbaycanda yeni fond yaradılır – Sərəncam

Azərbaycan dövlət büdcəsinin tərkibində Nəqliyyat vasitələrinin utilizasiyası Fondu yaradılacaq.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayılb.Azərbaycanın Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Ətraflı oxu »