Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Rüfət Quliyev məvacibindən danışdı: “Sürücünün maaşı, yanacaq pulu…”

Rüfət Quliyev məvacibindən danışdı: “Sürücünün maaşı, yanacaq pulu…”

“Deputatların normal maaşı var, yetərlidir. Şəxsən mənim kreditim yoxdur. Şükür Allaha, aldığım maaş özümə bəs edir”.

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat bildirib: “Təbii ki, xüsusən rayonlarda fəaliyyət göstərən deputatlara əlavə vəsait verilir, çünki həm seçildikləri rayonlara, həm də digər rayonlara tədbirlərə gedirlər. Sürücünün maaşı, yanacaq pulu, rayonda olarkən gündəlik xərcləri var. Deputatların 13-cü maaşı yoxdur. Təbii ki, istənilən insan kimi maaş daha yüksək olanda daha çox xərcləməyə imkan yaranır”.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …