Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət (səhifə 60)

Siyasət

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir” – Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “DW” nəşrinə açıqlamasında deyib. Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır. Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali …

Ətraflı oxu »

Şahin Mustafayev ermənilərlə onların dilində danışmağa gedir – ŞƏRH

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşündə də mühüm razılaşmalar əldə edilib. Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi İşçi Qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən …

Ətraflı oxu »

Ermənilər Qarabağdan niyə əliboş gedir? – Açıqlama

“Ermənilər bilirdilər ki, bu torpaqlar Azərbaycan xalqına məxsusdur və ona görə də onlar burada elə də çox var-dövlət əldə etməyiblər. Onlar uzun illər qazandıqlarının hamısını xarici ölkələrə, Ermənistana daşıyıblar. Onlar təxribatla, təcavüzlə məşğul olmaqdan ötrü özlərinə az-maz varidat saxlayıblar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.  Millət vəkili …

Ətraflı oxu »

Separatçıların “lideri” DTX-dən bunu xahiş etdi

Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri tələb ediblər ki, Xankəndidə bütün “dövlət strukturlarının və qurumlarının” ləğvi barədə elan verməlidir, bütün binalarında olan “bayraqlar” Azərbaycan bayrağı ilə əvəzlənməlidir. Bundan sonra isə inteqrasiya başlamalıdır. Bu barədə Hraparak nəşri yazıb. Qarabağ separatçılarının lideri Şahramanyan isə Azərbaycan DTX-nin rəhbərindən xahiş edib ki, Xankəndiyə giriş …

Ətraflı oxu »

“ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir”

ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib. Onun sözlərinə görə, ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir. “Hesab edirik ki, Qarabağda şəffaflığı, sakinlərin təhlükəsizliyini və əmin-amanlığını təmin edəcək beynəlxalq missiya yaradılmalıdır”, …

Ətraflı oxu »

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki tərəf var; ermənilər və Azərbaycan hökuməti. Azərbaycan tərəfi bütün dünyaya elan edib ki, biz erməni əsilli insanlara öz vətəndaşlarımız kimi yanaşırıq, onların dinc yaşaması üçün əlimizdən gələni etməyə hazırıq. Yevlax görüşündə erməni nümayəndələrinə onların Azərbaycan …

Ətraflı oxu »

Fərid Şəfiyev doğrudan heç kimdi, yoxsa…

Ölkədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi adlı bir qurum var. Qurumun əsasnaməsində yazılır ki, onlar dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə …

Ətraflı oxu »

Erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq istəyənlər var

“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”. Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. DİN rəsmisinin sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.

Ətraflı oxu »

“Qarabağ-Azərbaycandır!” -Lavrov bəyan etdi

“Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin 1991-ci il sərhədləri çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanımaları barədə sənəd imzalaması o deməkdir ki, Qarabağ Azərbaycandır. Vəssalam!” Bu  sözləri BMT Baş Assambleyasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə baş …

Ətraflı oxu »

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim etdi (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər. Hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər.Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib.

Ətraflı oxu »