Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 40)

Cəbhə Xəbərləri

“Ermənistana 1374 hərbçinin meyiti təhvil verilib” – Zaxarova

Ermənistan tərəfinə noyabrın 13-dən bəri 1374 hərbçinin meyiti təhvil verilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Mövcud məlumatlara görə, 13 noyabr 2020-ci ildən bu günə kimi 1684 hərbçinin cəsədi təhvil verilib. Bunlardan 1374-ü Ermənistan tərəfə, 310-u Azərbaycan tərəfinə verilib”, – deyə Zaxarova qeyd edib.

Ətraflı oxu »

Ermənistan Qarabağda 4 mindən çox itki verdiyini açıqladı

Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdəki qurbanlarının rəsmi sayı 4005 nəfərdir. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir. Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə …

Ətraflı oxu »

Ermənistan daha 132 itkisini açıqladı

Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 132 hərbçisinin adını açıqlayıb. Bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 2336-ya çatıb. Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb. Ümumilikdə …

Ətraflı oxu »

Qarabağda aşkarlanan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 365-ə çatdı

Hadrutda ötən gün aparılan xilasetmə-axtarış işləri zamanı daha bir erməni hərbi qulluqçunun meyiti tapılıb. Bu barədə “Report” Ermənistan mətbuatına xəbər verir. Qeyd edilir ki, meyitin şəxsiyyəti tibbi məhkəmə ekspertizasından sonra müəyyənləşdiriləcək. Bu gün axtarışlar Hadrut və Cəbrayılda davam etdirilib. 2020-ci ilin 13 noyabrından 2021-ci il fevralın 5-ə qədər Qarabağda ümumilikdə …

Ətraflı oxu »

Azərbaycan vəkillərinə hücumların arxasında nə dayanır…

Vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir.  Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilib. Vəkil təkcə təmsil etdiyi şəxslər üçün hüquqi yardım göstərmir, o, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak etməklə öz peşəkarlığı ilə məhkəmə fəaliyyətinin keyfiyyətinə …

Ətraflı oxu »

Ermənistan məhv edilmiş daha 116 hərbçinin adını açıqladı

Ermənistan tərəfi Dağlıq Qarabağda döyüşlər zamanı məhv edilmiş daha 116 həbçisinin adını açıqlayıb. Azvision.az xəbər verir ki, siyahını erməni KİV-ləri dərc edib. Məlumata görə, Ermənistan indiyədək rəsmi olaraq 2123 itkisini elan edilb. Xatırladaq ki, bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibədə ölən 3450 hərbçinin meyitlərinin və qalıqlarının məhkəmə …

Ətraflı oxu »

Azərbaycanlı hərbçilər sərbəst buraxıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki …

Ətraflı oxu »

Ermənilər Qazaxda atəşkəsi pozdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata …

Ətraflı oxu »

Qarabağda tapılan erməni cəsədlərinin sayı 1345-ə çatdı

Qarabağda daha bir erməni hərbçisinin meyiti tapılıb. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müharibə vaxtı ölmüş hərbçinin cəsədi Zəngəzur bölgəsində aşkar edilib. Onun şəxsiyyətini təyin etmək üçün məhkəmə ekspertizası təyin olunub. Ümumilikdə isə ötən ilin noyabr ayından indiyədək 1345 erməni hərbçisinin cəsədi döyüş bölgəsindən götürülüb.

Ətraflı oxu »

Azərbaycana əsir düşən erməni terrorçularının yeni VİDEOSU

Azərbaycan Ordusunun neytrallaşdırdığı erməni terrorçularının yeni görüntüləri yayılıb. Onlar Şirak vilayətindən, Laçın dəhlizindən keçərək, Qarabağa təxribata gəlmişdilər. Qəhrəman əsgərlərimiz onları zərərsizləşdirib, Bakıya gətirdi. Bəzi məlumata görə 62, amma Ermənistan qaynaqlarına görə, 140 nəfərdirlər. Kim təxribata gəlsə, sonu ən yaxşı halda, belə olacaq… https://youtube.com/watch?v=bqsS7toCTTo00%3A3500%3A35

Ətraflı oxu »