Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycanlı hərbçilər sərbəst buraxıldı

Azərbaycanlı hərbçilər sərbəst buraxıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb”, – deyə açıqlamada bildirilib.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …