Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 60)

Cəbhə Xəbərləri

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ətraflı oxu »

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur – RƏSMİ

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Ermənistan silahlı qüvvələrinin …

Ətraflı oxu »

MN: Bütün cəbhə boyu döyüşlər davam edir

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri …

Ətraflı oxu »

Qarabağı Türkiyə-NATO məktəbi keçən igidlər azad edir – ŞƏRH

Etiraf etmək və insafla demək lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk illərində müharibəyə hazır deyildi. Nizami ordu arzulanan səviyyədə təşkil olunmamışdı, silah-sursat, hərbi texnika kasad idi, dövlətin maliyyə rezervləri məhdud idi. Bununla belə, Ordumuz və könüllü qurulan batalyonlar qanı, canı bahasına Qarabağ üçün döyüşürdülər. Halbuki qarşımızda hərtərəfli dəstəyi olan mənfur düşmən, …

Ətraflı oxu »

Erməni KİV-i: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bu gün keçirdiyi brifinqdə bildirib ki, Qarabağda döyüşlər təkcə şimal və cənub istiqamətində deyil, mərkəzi istiqamətdə də aparılır. Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Ovannisyanın sözlərinə görə, şimal istiqamətində döyüşlər zamanı Azərbaycan HHQ-nin aviasiyası işə salınıb. O, həmçinin bildirib ki, mərkəzi istiqamətdə …

Ətraflı oxu »

Füzulinin 3, Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi

Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Ətraflı oxu »

Zəngilanın Mincivan qəsəbəsi və daha 13 kənd işğaldan azad olundu

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Ətraflı oxu »

Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edildi

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı …

Ətraflı oxu »