Cümə , Aprel 26 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 70)

Cəbhə Xəbərləri

“Artıq düşmən cəbhəyə qadınlarını göndərir”

Son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb. O bildirib ki, buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt …

Ətraflı oxu »

Ordumuz Madagiz ətrafındakı hakim yüksəklikləri ələ keçirdi

Azərbaycan Müdafiə Nazirliyi ötən gün cəbhədə gedən döyüşlər barədə məlumat yayıb. Nazirliyin bildirdiyinə görə,  oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Qoşunlarımız Ağdərə istiqamətində düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində isə qoşunlarımız düşmənin müqavimətini qıraraq onu …

Ətraflı oxu »

Düşmənin daha 54 hərbçisi məhv edildi

Azərbaycan ordusunun əks-həmlə əməliyyatı nəticəsində sarsıdıcı zərbələrə məruz qalan işğalçı Ermənistan bəzi itkilərini etiraf edib. Ermənistan Müdafiə Nazirliyi daha 54 hərbi qulluqçusunun öldüyünü açıqlayıb. Bununla düşmən tərəfin elan etdiyi ölü sayı 157-yə çatıb. Digər itkilər isə hələ də gizlədilir. Bundan əvvəl məhv edilən 100-dən çox erməni hərbçisinin adı məlumdur. Lakin, zərərsizləşdirilən daha 54 hərbçinin kimliyi bu …

Ətraflı oxu »

500 nəfərlik işğalçı ermənini darmadağın edənlər danışır -VİDEO

Bu, Azərbaycan televiziyalarının çəkdiyi videoda görünən əsgərlərimiz millətin qəhrəman övladlarıdır.  Əbəs yerə oğlan uşağı doğulanda ata-ananı muştuluqlamırlar, çünki ta qədimlərdən “oğul düşmən çəpəridir” deyirlər. “Düşmən çəpəri”, yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.  Bu oğullar təkcə öz ata-analarının oğlu deyil, heç onları bu səngərə el-oba təəssübkeşliyi …

Ətraflı oxu »

Rusiya mənbələri S-300 komplekslərinin sıradan çıxarıldığını təsdiqləyir

Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndindən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düşüb. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı Rusiya mənbələri də təsdiqləyir. Avia.pro qeyd edir ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi kamikadze-dronun S-300 kompleksinin buraxılış qurğusuna zərbə endirdiyinə dair videokadrları …

Ətraflı oxu »

Ağdərədə həmlə taborunun döyüş bayrağı və sənədi də ələ keçirilib – MN-dən açıqlama

Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Azinforum.az xəbər verir ki bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ətraflı oxu »