Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / “Üzümü qara edə biləcək əməlim, fəaliyyətim olmayıb”

“Üzümü qara edə biləcək əməlim, fəaliyyətim olmayıb”

Bu gün Milli Məclisin deputatı Qalib Salahzadənin ad günüdür. YAP-ın üzvü olan millət vəkili Azinforum.az-a açıqlamasında ad günü ilə bağlı təəssüratlarını bölüşüb.

“Bu gün 62 yaşım tamam olur. Geriyə baxdığımda qürur hissi keçirirəm. Şükürlər olsun ki, dövlətimin, millətimin, ölkə rəhbərliyinin, ailəmin qarşısında başımı aşağı, üzümü qara edə biləcək əməlim, fəaliyyətim olmayıb. Zəhmətimlə, ağlımla, Allaha olan dərin inamımla yaşamışam, bu zirvəyə çatmışam. Hər il olduğu kimi, bu dəfə də ad günümü sadə, dostlarımın, ailəmin əhatəsində qeyd edəcəm”, deyə Q.Salahzadə bildirib.

1953-cü ildə Bakı şəhərində anadan olan Q.Salahzadə ziyalı ailəsində böyüyüb. O, müxtəlif idarə və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Bilgəh Bələdiyyəsinin hüquqşünası olan Q.Salahzadə 2010-cu ildə 27 saylı Sabunçu II Seçki Dairəsi üzrə Milli Məclisinin deputatı seçilib.

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın