Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Araşdırma / Bakıda ABU Petrol-a silahlı basqın

Bakıda ABU Petrol-a silahlı basqın

Oktyabr ayının 1-də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən ABU Petrol avtomobil yanacaqdoldurma məntəqəsinin işçilərinə maskalı naməlum adamlar hücum ediblər.
Moderator.az xəbər verir ki, bu barədə haqqin.az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Cinayətkarların yanacaqdoldurma stansiyasının ərazisinə “VAZ-2107” markalı avtomobil ilə gəldikləri məlumdur.
Cinayətkarlar stansiya işçilərini ölümlə hədələyərək, onlardan bütün gəliri alıb hadisə yerindən qaçıblar.
Basqın zamanı yanacaqdoldurma stansiyasında üç işçi olub. Zərərçəkənlər cinayətkarların əlində silah olduğunu, amma bu silahın soyuq və ya odlu silah olduğunu müəyyən edə bilmədiklərini deyiblər.
Dəyən zərərin məbləği açıqlanmır, amma məbləğin böyük olduğu məlumdur.
İndi cinayətkarların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Sentyabrda Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıblar. Türkiyə Statistika İdarəsinin verdiyi məlumata …

Bir cavab yazın