Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / “Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-i idarə edir” – Əli Həsənov

“Heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-i idarə edir” – Əli Həsənov

“Biz istəyirik ki, KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qoruyaq”
“Jurnalistlər seçkinin bütün mərhələlərində prosesi izləmək hüququna malikdir. Mətbuatın vəzifəsi ilk növbədə ondan ibrətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin. Bura namizədlərin təşviqat aparması, seçicilərin seçkidə iştirakı və səslərin sənədləşdirilməsi sahəsində vəziyyətin dəyərləndirilməsi daxildir”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbut Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, mətbuat seçicilərin seçkilərə marağı, siyasi qüvvələrin, maraqlı tərəflərin seçkiyə münasibətini diqqət mərkəzində saxlamalıdır: “Mətbuat orqanı həm də kommersiya qurumudur. Ona görə də mətbuat orqanları özlərini əlavə təbliğ etmək istəyən namizədlər üçün obyektə çevrilir. Bu halda da müəyyən normalara riayət olunmalıdır. Bu normalar Seçki Məcəlləsində, MSK-nın qərarlarında, KİV haqqqında qanunvericilikdə əksini tapıb. KİV seçkiqabağı dövrdə bütün tərəflərə bərabər şərait yaratmalıdır. Yəni hər kəsə pul verib təbliğ olunmaq, bərabər səviyyədə təbliğat aparması üçün tərəfsiz olaraq eyni şərait yaradılmalıdır. KİV-in fəaliyyətinin təməlində KİV haqqında qanunvericilik, Seçki Məcəlləsi və dövlətin ümumi plüralistik siyasəti dayanmalıdır. Biz hakimiyyət olaraq mətbuatdan nə gözləyirik? Mətbuatı Azərbaycanın daxili və xarici imicinin formalaşmasında resurs kimi görürük. Biz daxildə mətbuat vasitəsi ilə ümumi əhval-ruhiyyəni, iqtidara, müxalifətə münasibətini öyrənirik və buna uyğun olaraq daxili, xarici siyasəti müəyyənləşdiririk. Opponetlərimizin rəylərini və nəyə əsaslanaraq ictimai dayaq qazandığını öyrənirik. Mətbuat ictimaiyyətin güzgüsüdür”.
Ə. Həsənov bildirib ki, elektron KİV-in fəaliyyəti də ümumi KİV kontekstində dəyərləndirilir: “Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu böyükdür. Mediaya dövlət büdcəsindən müəyyən qrantlar ayrılır, jurnalistlər üçün müsabiqə keçirilir. Amma heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, prinsiplərini müəyyənləşdirir. Biz dövlət olaraq KİV-in resursunu dəyərləndirərək səmərəli tərəfdaşlıq qurmağa çalışırıq. Biz istəyirik ki, KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qoruyaq. KİV-in fəaliyyəti bu baxımdan bizim üçün əhəmiyyətlidir”.
Ə. Həsənov qeyd edib ki, seçki prosesində müşahidə olunan çatışmazlıqların konstruktiv şəkildə aradan qaldırılması üçün də KİV-lə konstruktiv əməkdaşlığı zəruri hesab edir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın