Cümə , Dekabr 14 2018
Ana səhifə / Araşdırma / Sabiq nazir müşavirinin işində şok yenilik- hakim işdən kənarlaşdırıldı

Sabiq nazir müşavirinin işində şok yenilik- hakim işdən kənarlaşdırıldı

Nəqliyyat nazirin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Rövşən Əhmədov uzun illər yanında işlədiyi qohumu Baxşıyevin 800 minlik qızılını oğurlamaqda təqsirli bilinir.
Sabiq nazir müşaviri Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olaraq onu həbs etdirib. Baxşıyev Rövşən Əhmədovdan maddi zərərlə yanaşı mənəvi zərər də tələb edir.
Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib.
Məhkəmədə Rövşən Əhmədovun Vəkil Adəm Məmmədov məhkəməyəmsədrlik edən hakim Rasim Sadıxova etiraz edib.
Vəkil məhkəməyə müraciət edərək hakim Rasim Sadıxovun qərəzli olduğunu və buna görə də işdən kənarlaşdırılmasını istəyib.
“Biz düşünürük ki, hakim Rövşən Əhmədova qarşı qərəzlidir. Əsas olaraq isə Çingiz Baxşıyevin ailə üzvlərinn ifadə verdiyi prosesin qapalı keçirilməsini göstərirəm. Məlum olur ki, kifayət qədər maliyyə imkanları olan Çingiz Baxşıyev məhkəməyə təsir etmək imkanı var. Bu səbəbdən məhkəməyə sədrlik edən Rasim Sadıxovun işdən kənarlaşdırılmasını istəyirik”- deyə vəkil çıxışında qeyd edib.
Prokuror Fərid Nağıyev vəkilin çıxışına münasibət bildirərkən qərarı məhkəmə heyətinin öhdəsinə buraxdığını söyləyib.
Çingiz Baxşıyevin nümayəndəsi isə Adəm Məmmədovun bu çıxışına etiraz edib: “Bunun əsası yoxdur. Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verərkən əsaslandırmışdıq ki, Çingiz Baxşıyevin kommersiya sirləri, ailədaxili məsələıəri məhkəmədə açıla bilər. Bu səbəblə prosesin qapalı keçirilməsi ilə bağll vəsatət verdik”.
Tərkibdə olan digər iki vəkil Əfqan Hacıyev və Fikrət Qəribov müşavirəyə gedərək müraciəti müzakirə ediblər. Müşavirədən qayıdan hakimlər etirazın qəbul olunduğunu və Rasim Sadıxovun işdən kənarlaşdırıldığını açıqlayıb.
Məhkəməyə növbəti hakim təyin olunacaq. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, Rövşən Əhmədov 10 ildən artıq Çingiz Baxşıyevin yanında işləyib. Onun milyonlarıa manat pulunu, bankalarda qızıllarını saxlayıb. Sonda qohumlar düşmən olub. Buna səbəb Çingiz Baxşıyevin Rövşən Əhmədovu 800 minlik qızıl oğurlamaqda ittiham etməsi olub.
VIPedu.BIZ

Həmçinin oxuyun

Rəsul Quliyevlə Fatma Yolçuyevanı biri-birinə nələr bağlayır?… – Araşdırma

Xəbər verdiyimiz kimi Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisçilərindən biri olan “FENCİNG” İdman Klubu ictimai …

Bir cavab yazın