Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Kişini döyüb, qadını zorladılar – Gəncədə

Kişini döyüb, qadını zorladılar – Gəncədə

Gəncə şəhərində silsilə cinayətlər törədən cinayətkar dəstə ələ keçirilib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 28-nə keçən gecə Gəncə şəhəri ərazisində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhrəmzadəni döyərək ondan 550 manat pul və mobil telefonunu alıb.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuşlar Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01 radələrində şəhər ərazisində şəhər sakini K.Ə-ni (qadın) Rövşən Məmmədtağıyevə məxsus “VAZ-2107” markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın