Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Hakim mənə deyir ki, get özünü yandır…” – ŞİKAYƏT VAR

“Hakim mənə deyir ki, get özünü yandır…” – ŞİKAYƏT VAR

DİA.AZ: – Redaksiyamısa daha bir şikayət məktubu daxil olub. DİA.AZ həmin məktubu olduğu kimi təqdim edir:

“BŞİH başçısı,professor Hacıbala Abutalıbova
Hörmətli professor!
Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbasadə Əvəz oğlunu Sabunçu və Suraxanı məhkəmələri ona aid olmayan əlil maşınını vurub metallomluq edən 10-CK-200 nömrəli Nissan X-Trailin sərxoş sürücüsü Fərid Zakir oğlu Hüseynovun sığortaçısı Rəvan sığorta şirkətinin rüşvət sifarişilə 9500 manat borclu edib.Əlili bir dəfə də olsun məhkəməyə çağırmadan.Yalnız 28.11.2016-da hazırlıq iclası adına çağıran Ramil Həsənov araşdırma aparmadan,əlilin sübutlarına baxmadan,əlilin qarşılıqlı iddiasına baxmadan sifarişlə iclassız qətnaməni oxuyub.Hələ də 1 ay keçib amma qətnamə verilməyib.Ramil Həsənovun-Suraxanı məhkəməısinin hakiminin Sabunçudan göndərilən işi icraataına qəbul etməsi də qanunsuzdur.Əsas cavabdeh Müzəffər Əhmədovun adınadır əlil maşını və o da Sabunçu r-nunda qeydiyyatda olub və sonradan şəhid olub.Məhkəmə ölüyə-şəhidə qarşı iddianı icraata götürdüyündən “səhvini” onu aidiyyatı üzrə maşına aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadənin qeydiyyatda olduğu Suraxanı məhkəməsinə göndərib.Məgər cavabdeh öləndə aidiyyat dəyişir?Niyə bu məhkəmələrin rüşvətxorluğuna hüquq qiyməti verilmir?Niyə bilərəkdən saxta qətnamə qəbul edən Ramil Həsənov kimi rüşvətxor hakimlərə yerini göstərmirlər?Bu vicdansız hakim Qarabağ əlilinə “get özünü yandır” deyir!!!Belə hakim olar?Bizə dövlətin verdiyi maşını 10-CK-200 nömrəli sərxoş avtoş məhv edib.Dövlətin reabilitasiya vasitəsi məhv edilib.İndi bu vasitənin yiyəsinə dəyən ziyanı,dövlətə dəyən ziyanı bəs kim ödəməlidir?Maşını məhv edilə də Qarabağ əlilləri ,hələ üstəlik 10 min borclu edilən də.Belə məhkəmə,belə hökumtə,belə dövlət olar?Allah bunu götürər?Biz məhkəmələrin rüşvətlə saxta akt qəbul etməsinə görə cinayət işi qaldırılmasını tələb edirik.Ramil Həsənovun,İmran Burcayevin,onlara göstəriş verən məhkəmə sədrləri İlqar Abbasovun,Ağa Mahmudovun ,Rəvan Sığortanın məsul şəxslərinin cinayət məsuliyyətini tələb edirik.Bakı AM-in aidiyyatdan şikayətimizlə bağlı qərardadı bu günədək Bakı AM-dən bizə verilməyib.Verilsin,kassasiya şikayətimizi verək.Suraxanı m-sində Elçin Ağayevdəki iddiamıza baxılmasını tələb edirik.Məhkəmə dəftərxanasından işin Elçin Ağayevdə olduğu bildirilib.Niyə bunlar iddiamıza baxmırlar?Sifarişlə qarşılıqlı iddiamıza da baxılmır.Niyə MHŞ buna görə tədbir görmür?Bizim mitinqdən başqa yolumuz qalmır.Ona görə də Sizdən öncə Suraxanı məhkəməsinin qarşısında 06.01.2016-da saat 12-də 30 nəfərlik “Qarabağ əlilinə özünü yandırmağı təklif edən məhkəməyə ölüm!” şüarı ilə akiya keçirməyimizi və 13.11.2016-da Nardaran qəsəbəsində “Qarabağ əlillərini intihara çatdıranlara ölüm olsun” şüarları ilə saat 15-dən 17-yə kimi 500 nəfərlik mitinq keçirməyimizi razılaşdırmağınızı xahiş edirik.Gözdən əlil Elyar İsmayılovu da Kürdəxanıda vergi reketləri özlərinin tərtib etdikləri saxta məhkəmə qərarı ilə həbsdə öldürürlər.Bununla bağlı da aksiyamıza yol vermirsiniz.Gözdən əlilin artıq sidiyindən qan gəlir,ölüm ayağındadır.
Hörmətli BŞİH başçısı!Bu yol da razılıq verməsəniz,Suraxanı m-sinin qarşısında hakim Ramil Həsənovun özümüzü yandırma barədə təklifini üstümüzə benzin töküb yandırma aksiyası ilə cavablandıracağıq.

Hörmətlə,DİN-in 1-ci qrup Qarabağ əlili,jurnalist Məğrur Bədəlsoy və daha 39 əlil-şəhid ailəsi(müraciət və imza vərəqələri BŞİH-ə təddim olunub) Ünvan:Bakı,Suraxanı r-nu,Yeni Günəşli,V massivi,ev 31 “Əlillər evi””

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın