Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / “Yumurta bişirə bilməyən gəlinlər var” – Deputatdan daha bir qalmaqallı açıqlama

“Yumurta bişirə bilməyən gəlinlər var” – Deputatdan daha bir qalmaqallı açıqlama

“Ailənin təməli xanımdır. Xanımın ailədəki yeri və rolu məsələsini biz qabartmalıyıq. Bəzən kişi-qadın münasibətləri İslam dini vasitəsilə təhrif olunmuş formada çatdırılanda ailə institunun təməlini sarsıdır”.

” Azinforum.az ” modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı bugünkü tədbirində Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli belə deyib.

Deputat bildirib ki, nə qədər el adətlərinə və soy-kökümüzə sadiq qalsaq, bir o də qədər ailələrimiz möhkəm olacaq:

“Bizim xalq deyimlərimizdə də varki, “bir yastıqda qoşa qarıyasız”, “qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər”. Bunlar boş-boşuna deyilmiş sözlər deyil, elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Ona görə də gərək ailə məsələsində də milli adət-ənənələrimizə, soy-kökümüzə bağlı olaq. Belə olarsa, ailələrimiz daha da xoşbəxt olar, boşanmaların sayı minimuma enər”.

Hadı Rəcəbli deyib ki, tərbiyənin təməli cəmiyyətdə yox, ailədə qoyulur:

“Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyüdüblər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik”.

Deputat hələ də qab yuya və yumurta bişirə bilməyən gəlinlərin oldğunu xüsusi vurğulayıb:

“Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım idarə edir. Biz Milli Məclisin əlaqədar komitələri kimi bu problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik”.

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, bu sənəddə əksini tapmış məsələlərin əksəriyyəti əvvəlki qanunlarda var”.

“Buradan mətbuata səslənirəm ki, bizim təklif etdiyimiz bəzi məsələlər elə təhrif olunmuş formada verilir ki, sonra onları insanlara izah etməkdə əziyyət çəkirik. Bu öz növbəsində cəmiyyətin və qanun yaradıcılığının əksinə işləyir”-deyə Hadı Rəcəbli bilidirib.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın