Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Baş Qərargah rəisi Suriya tərəfdən raketlə vurulan vilayətdə olub

Baş Qərargah rəisi Suriya tərəfdən raketlə vurulan vilayətdə olub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan Suriya tərəfdən raket zərbəsinə məruz qalmış Kilis vilayətində olublar.

“Hürriyyət” qəzetinin verdiyi məlumata görə, H.Akar və H.Fidan vilayətin rəhbəri və güc strukturlarının nümayəndələri ilə görüşüblər.

Qeyd edək ki, bu gün Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən Suriya tərəfdən raket zərbəsinə tuş gəlib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Vilayət artıq üçüncü dəfədir ki, İŞİD terror təşkilatının nəzarətində olan ərazilərdən atəşə məruz qalır.(Trend)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın