Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Yol polisi saxladığı maşını niyə cərimə meydançasına yox, pullu dayanacağa aparır?

Yol polisi saxladığı maşını niyə cərimə meydançasına yox, pullu dayanacağa aparır?

Yol polisi tərəfindən saxlanılan maşın cərimə meydançasına yox, pullu dayanacaq aparılır.

Buna görə isə vətəndaş cərimədən əlavə dayanacaq pulunu da verməli olur. Bəs görəsən, bu nə qədər düzgündür ? Xezerxeber.com növbəti sujetlərindən birini məhz buna həsr edib.

Sürücülərin də bildiridiyi kimi, son zamanlar paytaxtın Yasamal rayonu ərazisində ”5 mərtəbə” kimi tanınan ərazidə yol polisi tərəfindən saxlanılan avtomobillər cərimə meydançası əvəzinə pullu dayanacaqa aparılır. Faktı dayanacağın rəhbərliyi də təsdiqləyir. Yol polislərinin dayanacağa gətirdiyi avtomobillərə heç bir fərq qoyulmur, dayanacaqdakı digərləri kimi, sürücüdən günlük 6 manat parkink ödənişi alınır.

Ekpertlər isə bunun qanunsuz olduğunu bildirirlər.

Qanunda göstərilir ki, yol polisi tərəfindən saxlanılan avtomobilin təhlükəsizliyinə yol polisi cavabdehdir. Həm də belə dayanacaqlarda saxlanma rüsumu qanunla tənzimlənir.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilib ki, sözügedən fakt araşdırılacaq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın