Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İlham İsmayıl: “Dövlət başçısı üçün toxunulmaz şəxs yoxdur”

İlham İsmayıl: “Dövlət başçısı üçün toxunulmaz şəxs yoxdur”

Azinforum.az xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri və doğuracağı yeni situasiyalar barədə danışıb.
Amerikanın Səsi: Milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsi MDB dövlət başçılarının sammitindən dərhal sonra gözlənilmədən oldu. Firkinizcə nazirin vəzifədən azad olunmasının səbəbləri nədir?
İlham İsmayıl: Azərbaycanda artıq ikinci milli təhlükəsizlik naziridir ki, qəflətən işdən azad edilir. Eldar Mahmudovdan əvvəlki nazir Namiq Abbasov da gözlənilmədən və qəflətən işdən azad olunmuşdu. Amma Eldar Mahmudovun izdən azad olunmasının söz-söhbəti var idi. Yəni ki, siyasi kluarlarda da, cəmiyyətdə də artıq müzakirə mövzusu idi. Sadəcə olaraq MDB sammitindən sonra şənbə günü baş verməsi ola bilsin ki, hansısa əməliyyatlarla bağlı olsun. Çünki vəzifədən azad edilmənin ardınca həmin strukturdan yüksək vəzifəli şəxslərin saxlanılması məsələsi məlum oldu.
O ki, qaldı səbəblərə, səbəblər haqqında yüz faiz dəqiq söz demək mümkün deyil, yəni hansı əsasla çıxarılıb. Hər halda, mən mətbuatda da demişəm ki, bu məsələ nazirin vəzifəsinin öhdəsindən gəlmək, gələ bilməmək məsələsi deyil, yəni professionallıq məsələsi deyil. Çünki nazir polis orqanlarından gəlmişdi və ən azı təyinatından bir il sonra məlum oldu ki, o orada bütün professional əməliyyat işçilərindən tutmuş, bu işdə bişmiş adamların əksəriyyətini uzaqlaşdırdı və polis orqanlarından, xüsusilə rüşvətxor bir struktur kimi tanınmış BXSS-dən (İqtisadi Cinayətlərə Qarşı Mübarizə Şöbəsi-red), yol polisindən, Penitensiar xidmətdən dəvət etdiyi adamlar isə orada xüsusu xidmətin qarşısında duran vəzifələrin həyata keçirilməsi iqtidarında deyil. Bu, məlum idi. Yəni, bu proses birdən-birə ortaya çıxmayıb ki, deyək ki, məsələ bununla bağlıdır, ona görə də nazir işindən azad olundu. Səbəblər mətbuatda müxtəlif yazılır. Onların yalan tərəfi də, doğru tərəfi də ola bilər. Hər halda görünür, dövlət başçısı üçün olan limit başa çatdığından onu bir az qəflətən, bir az da əvvəlcədən müəyyən olunmuş şəkildə azad etdilər.
 
Amerikanın Səsi: Eldar Mahmudovun azad edilməsi hakimiyyətdaxili münasibətlərdə hansı yeni situasiyalar yarada bilər?
İlham İsmayıl: Tarixə də ekskursiya edim. Biləsiniz ki, Eldar Mahmudov Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq indiyədək Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərlik etmiş 27-ci şəxsdir. O, Yemelyanovdan sonra ən uzun müddətə, 11 il 3 ay xüsusi xidmət orqanlarına rəhbərlik etmiş şəxsdir. 11 il ərzidnə Eldar Mahmudov hakimiyyətdə çox üstün sayılan, dövlət başçısına yaxın olan, səlahiyyətləri geniş olan bir şəxs kimi tanınırdı. Onun sadiqliyinə də şübhə yox idi. Amma vəziyyət elə gətirir ki, – daxili proseslərdə, ola bilsin ki, həm də xarici proseslərdə elə bir vəziyyət yarana bilər ki, dövlət başçısı ən sadiq, ən səlahiyyətli, ən hörmətli adamları belə vəzifəsindən azad edə bilər. Bu, yeni situasiya artıq bir dəfə 2005-ci ildə Fərhad Əliyev (keçmiş iqtisadiyyat naziri), Əli İnsanovla (keçmiş səhiyyə naziri) bağlı özünü göstərib. İndi isə özünü xüsusilə qabarıq şəkildə göstərir ki, toxunulmaz şəxs yoxdur. Dövlət başçısı üçün toxunulmaz şəxs yoxdur. Bu gün ən yaxın görsənən şəxs də belə, o, nazir də ola bilər, məmur da ola bilər, general da ola bilər, deməli istənilən şəxs, dəxli yoxdur, istənilən vaxt vəzifəsindən uzaqlaşdırıla (həm də bu çox ağır şərtlərlə ola bilər) bilər. Ona görə də bu yeni situasiyalar yarada bilər. İkincisi, Eldar Mahmudovun özünün də himayə etdiyi şəxslər, məmurlar olub. Bu yeni situasiyalar oradan yaranacaq. Hər halda hər kəs bir daha fikirləşdi ki, o, toxunulmaz deyil. Populyar bir məsələdir ki, Azərbaycan məmurları hərbi strukturda işləməsindən, deputat olmasından asılı olmayaraq böyük biznes şəbəkələri qururlar. O cümlədən də, milli təhlükəsizlik nazirinin biznes şəbəkələri qurmaq haqqında cəmiyyətdə kifayət qədər səhih, dəqiq məlumatlar var. Biz də onun şahidi olmuşuq. Bu proseslərdə, biznes strukturlarında yeni situasiya yaranacağı mümkündür. Amma bundan kim əzab çəkəçək, kim irəli düşəcək, bax bu məlum deyil.
Amerikanın Səsi: Yeni nazir təyinatı ölkənin milli təhlükəsizlik strategiyasına hansı yeniliklər gətirə bilər?
İlham İsmayıl: Kadr dəyişikliyi milli strategiyanı müəyyənləşdirmir. Milli strategiya elədir ki, bu dövlət tərəfindən, dövlət başçısı tərəfindən müəyyənləşdirilir. Konkret də olaraq milli təhlükəsizliklə bağlı olan 2007-ci ildə qəbul olunmuş “Milli Təhlükəsizlk Konsepsiyası” var. Bu konsepsiyada təhlükənin haradan gəldiyi və bu vəziyyətdən necə çıxmaq aydın göstərilir. Düzdür, ona çox vaxt əməl olunmur. Amma bu, fərdin, kadrın işdən uzalqlaşdırılması ilə müəyyənləşmir. Bu, dövlət başçısının səlahiyətindədir. Burada yeni elementlər, kurs da ola bilər. Xüsusilə bu daxildən çox, xarici məsələlərlə bağlı ola bilər. Xaricdən əməkdaşlıq, informasiya, xaricdən gələn informasiyaların həqiqətən də Azərbaycana xeyrinin olub-olmamasının ölçülü-biçili çatdırılmasından asılıdır. Nazirliyin vəzifəsi milli strategiyanı müəyyənləşdirmək deyil, bu strategiyanın özünə xidmət etməkdir. Mənə elə gəlir ki, daxildəvə ya xaricdə yenilik olacaqsa, onu dövlət başçısı müəyyənləşdirəcək.
 
Amerikanın Səsi: Təbii ki, Qərb və Rusiya, seçim nədir?
İlham İsmayıl: Konsepsiyamızda konkret olaraq yazılıb ki, bizim ölkənin inteqrasiyası yaxın qonşulara yaxın münasibət bəsləməklə Şimali Atlantika blokuna və Avropaya inteqrasiya etməkdir. Bu, birmənalı şəkildə konkret maddə ilə göstərilib. Lakin o, həyata keçmir və son vaxtlar da hakimiyyət Avropaya qəzəbli bir münasibətdədir.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın