Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Vahid Ələkbərov 3.3 milyard dollar itirdi

Vahid Ələkbərov 3.3 milyard dollar itirdi

Azərbaycan əsilli rusiyalı biznesmen, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkəbərov dünyanın ən zəngin 124-cü adamıdır.

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, Ələkbərovun 2016-cı il üçün şəxsi sərvəti 8,9 milyard dollar təşkil edib. Onun varidatı 2015-ci illə müqayisədə 3,3 milyard dollar azalıb.

“Forbes” jurnalı Vahid Ələkbərovun dünyanın ən perspektivli neft yataqlarından olan İraqdakı “Kurna-2” yatağına sahib olduğunu və 2016-cı ildə “Lukoyl”un bu yatağı istismar etmək üçün 1,5 milyard dollar xərcləyəcəyini bildirib.

Bundan başqa, qeyd edilib ki, Putinin dostu olmamasına və prezidentin yaxın çevrəsində yer almamasına baxmayaraq, Vahid Ələkbərov da 2014-cü ilin sentyabrında Amerikanın sanksiyaları ilə üzləşib.

Yeri gəlmişkən, Vahid Ələkbərov “Lukoyl”dakı səhmlərini oğlu Yusifə vermək istəyir, amma onun qarşısında şərt qoyaraq, heç bir halda səhmlərini satmayacağı ilə bağlı iltizam alıb. Ələkbərov “Lukoyl”un ailə şirkəti olaraq qalmasını istədiyini deyib.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın