Şənbə , Aprel 20 2024
Ana səhifə / İlhamə Quliyevanın doğma qızı tapıldı

İlhamə Quliyevanın doğma qızı tapıldı

İlhamə Quliyevanın doğma qızı tapıldı. Bu haqda məlumatı Femida.az -a həmin qızla bir sinifdə oxuyan və hazırda Rusiya Federasiyasında yaşayan Gülzar Vəliyeva verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın qızı Flora onlarla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbdə oxuyub. 

“Biz İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxuyurduq. Yasamal rayonu 13 nömrəli məktəbdə “B” sinfini bitirmişik. Həmin vaxt Flora xanım bilirdi ki, onun anası İlhamə Quliyevadır. Həmçinin İlhamə xanım onun təhsili və geyimi üçün pul da verirdi. Amma, bu haqda danışmaq istəmirdi. Çünki, anası onu övlad kimi qeydiyyata almamışdı. Biz 10-cu sinifdə oxuyanda İlhamə Quliyeva məktəbə gəlmişdi. Qızı dedi ki, onu görmək istəmirəm. Mənim anamdısa, məni övladlığa götürərdi. Mənim bildiyimə görə həmin qızı İlhamə xanımın yaxın qohumu saxlayırdı. Flora xanım bildiyimə görə Yasamal rayonu ərazisində, qəbiristanlıq tərəfdə yaşayır. Mən Bakıya gedəndə sinif yoldaşlarımla görüşəndə onu da soruşdum. Ancaq onunla görüşə bilmədim. Biz 1980- ci ildə onunla birlikdə Yasamal rayonu 13 nömrəli məktəbin “B” sinfini bitimişik”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın