Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Şou Biznes / Torpaq alqı-satqısı asanlaşacaq

Torpaq alqı-satqısı asanlaşacaq

Azərbaycanda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.

Trend-in məlumatına görə, bunu “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda keçirilən işgüzar forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı hazırda beynəlxalq təcrübə öyrənilir. O qeyd etdi ki, artıq sözügedən prosesə beynəlxalq ekspertlər cəlb olunublar: “Bu sistemin tətbiqi Azərbaycan üçün çox yararlıdır. Yəni bu addımın atılması bir növ işlər daha rahatlaşdıracaq, daha sistemli şəklə salacaq. Ölkə üzrə torpaqların bir mərkəzdən idarə edilməsi, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq. Hesab edirəm ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşmə prosesində rahatlığın, operativliyin və şəffaflığın kifayət qədər artmasına gətirib çıxaracaq”.

Vahid mərkəzdən idarə olunacaq torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsullardan danışan R. Cəlilov bildirdi ki, bütün bunlarla yanaşı, həmçinin yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur: “Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür. Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə statr verilib”.

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın