Çərşənbə , İyul 15 2020
Ana səhifə / Şou Biznes / Tanınmış rejissor dünyasını dəyişdi

Tanınmış rejissor dünyasını dəyişdi

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Bu barədə APA-ya Musiqili Teatrdan məlumat verilib. Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində keçirilib.

Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.

Həmçinin oxuyun

“Bilmirsən kimə inanasan, hərə bir söz deyir” – Cavan Zeynallı

“Adam nə qədər özü üçün çalıb-oxuyar? Heç nə konsertin yerini vermir”. Bunu Azvision.az -a Xalq artisti Cavan …

Bir cavab yazın