Cümə , Aprel 19 2024
Ana səhifə / “Məni təmənnasız sevənim var” – Pişik Günel

“Məni təmənnasız sevənim var” – Pişik Günel

Müğənni Günel Ələkbərova anasına sevgisini etiraf edib. İfaçı anasının fotosunu paylaşaraq onu necə çox sevdiyini, zaman-zaman onun sözlərinə qulaq asmadığı üçün özünü günahkar hiss etdiyini açıqlayıb:

“Məni təmənnasız sevən, nazımı çəkən tək insan gözəl anam. Məni yanlışımla, səhvlərimlə hər zaman sevənim, hər zaman dağ kimi arxamda duranım. Zaman-zaman bəzi məqamlarda sənin sözünə qulaq asmadığıma görə indiki kimi peşmanam. İndi dərk edirəm ki, anam çox haqlı idi.

Analar yalnız övladlarının xoş günlərini istəyirlər və övladlarının əsla üzülmələrini istəməzlər. Həyatdır, hər şey olur. Adamın yalnız ayağına daş dəyəndə dərk edir bəzi şeyləri, bilmirəm şəxsən məndə belədir. Bu günümə də şükür. Əsas odur ki, məni təmənnasız sevənim var. Allah hamının anasının canını sağlam, ömürlərini uzun etsin”.(big.az)

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın