Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Şəhərin mərkəzi meydanında əxlaqsızlıq etdi – VİDEO – FOTO

Şəhərin mərkəzi meydanında əxlaqsızlıq etdi – VİDEO – FOTO

Qalmaqalları ilə məşhur olan rəssam Milo Muar Düsseldorf, London və Amsterdam şəhərlərində “Güzgü qutusu” (Mirror Box) adlı aksiya keçirib.
Azinforum.Az Daily Mail-ə istinadən bildirir ki, aksiyanın bir mərhələsi Britaniyanın paytaxtı Londonun mərkəzində, Trafalqar meydanında olub.
Əvvəl sinəsinə, sonra da belinə güzgülü qutu bağlamış isveçrəli Muar ürəyi istəyən hər kəsə onun sinəsinə, sonra da beldən aşağı hissəsinə əllə toxunmağı təklif edib.
Hər “toxunma”ya Miro 30 saniyə vaxt verib.
Trafalqar meydanındakı “perfomans” adlı bu əxlaqsızlıq aksiyasına polis mane olub və Milonu saxlayıb.
Milo Muar indiyədək Parisdə Eyfel qülləsinin qarşısında soyunmuş, Kölndə muzeyə lüt girmişdi.
Qalmaqallı qadının dediyinə görə, “Güzgülü qutu” aksiyasını keçirməkdə məqsəd qadın hüquqlarının müdafiəsinə dəstək verməkdir.
“Amsterdamda və Düsseldorfda aksiya normal keçdi. Londonda isə baxın, məni polis saxladı. Burada qanunlar, deyəsən, daha sərt və aqressivdir”, – Milo Muar deyib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın