Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Zaqatalada həkim səhlənkarlığının qurbanı olan körpə dəfn edildi

Zaqatalada həkim səhlənkarlığının qurbanı olan körpə dəfn edildi

RMX baş həkimi ona sual vermək istəyən müxbirin sözünü “olmaz!” deyərək kəsib.

Ötən gün Zaqatala rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 6 aylıq uşaq dəfn edilib.
Bu barədə ANS PRESS-ə məlumat verən uşağın valideynləri körpənin həkimlərin səhlənkarlığının qurbanı olduğunu deyiblər.
Onların sözlərinə görə, xəstəxanada adi sanitar gigiyena qaydalarına belə riayət edilmir. 6 aylıq Səlimın atası Seyfulla Laçınov uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istədiklərini qeyd edərək, həkimin əməliyata israr etdiyini bildirib.
Valideyinlər həmçinin əməliyyat zamanı uşağın daxili orqanlarına mikrob düşdüyünü iddia edir. Onlar Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə şikayət ünvanlayıb və həkimin həbs olunmasına israr edir.
Bu xəstəxana ilə bağlı ilk uşaq ölümü deyil. Bir müddət əvvəl xəstəxanada daha bir uşaq həkim səhlənkarlığının qurbanı olub. Hazırda həmin faktla bağlı araşdırma davam edir.
Mətbuata qapalı olan Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova ənənəsinə bu dəfə də sadiq qalaraq faktla bağlı açıqlama verməkdən qaçıb. Nəyəsə və ya kiməsə arxayın olan Leyla Seyidəhmədova ANS TV-yə körpə ölümü ilə bağlı heç bir açıqlama verməyib. Seyidəhmədova ona sual ünvanlamağa çalışan müxbirin sözünü “olmaz” deyərək kəsməklə kifayətlənib.
Ötən gün Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon Mərkəzi Xəstəxanasında 6 aylıq uşaq dünyasını dəyişib. Zaqatala rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.
“O, iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçilməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, – deyə xəstəxanadan bildirilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın