Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Rusiyada azərbaycanlı kriminal avtoritet tutuldu

Rusiyada azərbaycanlı kriminal avtoritet tutuldu

İnterpolun Rusiya bürosunun ünvanına Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Bakı sakini Rəfael Çobanzadənin yerinin müəyyən edilməsi və saxlanılması ilə bağlı müraciət daxil olub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İvanovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan tərəfinin müraciətində vurğulanıb ki, həmin şəxs fiziki və psixi cəhətdən köməksiz insanların qrup halında fahişəliyə cəlb olunmasında təqsirli bilinir.

Bu müraciətdən sonra İvanovo vilayətinin polis orqanları Rəfael Çobanzadənin ola biləcəyi güman edilən mümkün ünvanlarda axtarış aparılması üçün müvafiq əməliyyat keçiriblər.

Məlum olub ki, axtarışda olan şəxs öz qardaşının sənədindən-ona bütün dünyada sərbəst hərəkət etmək üçün imkan verən pasportundan istifadə edib.

Hazırda həmin şəxs saxlanılıb və onun Azərbaycana verilməsi üçün zəruri hüquqi sənədlər hazırlanır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın